Azərbaycan qlobal diplomatiyanın mərkəz ölkəsinə çevrilib – Şərh

Azərbaycan qlobal diplomatiyanın mərkəz ölkəsinə çevrilib – Şərh






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Donald Tramp, #Emmanuel Makron, #İlham Əliyev, #İsrail, #Misir, #Qəbələ, #Rusiya, #Vladimir Putin, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan son illər beynəlxalq siyasətin xüsusi aktiv iştirakçısına çevrilib. Ölkəmiz artıq təkcə regional deyil, qlobal məsələlərin həllində də önəmli tərəfdaş kimi çıxış edir. Prezident İlham Əliyevin oktyabr ayı ərzində iştirak etdiyi beynəlxalq tədbirlər silsiləsi, önəmli mövqeyi bunun bariz göstəricisidir. Dövlət başçısı cəmi iki həftə ərzində dörd fərqli coğrafiyada, dörd müxtəlif formatlı mühüm tədbirlərdə iştirak edib. O, 1-2 oktyabrda Kopenhagendə Avropa Siyasi Birliyi Sammitində, 6-7 oktyabrda Qəbələdə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə, 9-10 oktyabrda Düşənbədə MDB Sammitində və 12 oktyabrda Şərm əl-Şeyxdə Yaxın Şərq üzrə Sülh Sammitində iştirak edib. Bu ardıcıl beynəlxalq fəaliyyət Azərbaycanın çoxvektorlu və balanslı xarici siyasət kursunun təsdiqidir. Fərqli qütblər, siyasi mədəniyyətlər, müxtəlif maraq dairələri və bəzən bir-birinə zidd mövqelərə malik liderlər arasında Azərbaycan həm vasitəçi, həm də etibarlı dialoq platforması kimi çıxış edir.

Yeni Yaxın Şərq siyasəti

Azərbaycanın Misirdə Yaxın Şərq Sülh Sammitində iştirakı xüsusi əhəmiyyət daşıyır. İsrail-Fələstin qarşıdurmasının alovlandığı bir vaxtda Bakının bu formatda təmsil olunması ölkəmizin Yaxın Şərqdə təhlükəsizliyin təmin olunmasında göstərdiyi rolun əyani sübutudur. Bakı həm ərəb dövlətləri, həm İsrail, həm də Qərb paytaxtları ilə eyni dərəcədə etimadlı münasibətlərə malikdir. Bu, regionda dialoqa əsaslanan və qarşıdurmadan uzaq diplomatiya modelinin uğurlu nümunəsidir.

Azərbaycan qlobal diplomatiyanın mərkəz ölkəsinə çevrilib - Şərh

Qlobal güclərlə təmaslar və balans siyasəti

Prezident İlham Əliyevin diplomatik oktyabr marafonu çərçivəsində Donald Tramp, Emmanuel Makron, Vladimir Putin, eləcə də Avropa İttifaqı rəhbərləri ilə təmasları Azərbaycanın eyni anda bir neçə güc mərkəzi ilə işləmək bacarığını da nümayiş etdirdi. Azərbaycan artıq təkcə enerji deyil, həm də sabitlik ixrac edən, etibar edilən tərəfdaş kimi qəbul olunur. Qərb üçün enerji təhlükəsizliyi, Rusiya üçün regionda dialoqun qorunması, İslam dünyası üçün isə ədalətli vasitəçilik formatı Azərbaycanın çoxşaxəli diplomatiyasının reallığı və uğurudur.

Azərbaycan qlobal diplomatiyanın mərkəz ölkəsinə çevrilib - Şərh

Azərbaycan qlobal diplomatiyanın mərkəzində

Diplomatik oktyabr təqvimi göstərdi ki, Azərbaycan qlobal siyasi arxitekturanın aktiv iştirakçılarından biridir. Rəsmi Bakı öz maraqlarını universal dəyərlər və beynəlxalq təhlükəsizlik kontekstində formalaşdıraraq qlobal siyasətin fəal iştirakçısına çevrilib. Bu, Prezident İlham Əliyevin illərdir həyata keçirdiyi müstəqil, balanslı və çoxqütblü xarici siyasət kursunun məntiqi nəticəsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv