Rusiyada tanınmış sahibkarın arvadı küçədə bıçaqlandı

Rusiyada tanınmış sahibkarın arvadı küçədə bıçaqlandı






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Kazan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərində elektrikli velosiped sürən stalker (çılğın adam anlamı – red.) tanınmış iş adamının arvadına bıçaqla hücum edib. Zərərçəkənin vəziyyəti ağırdır.

Bu barədə presstvaz “Baza” “Telegram” kanalına istinadən xəbər verir.

Məlumata görə, hadisə Vosstaniya küçəsində, 94 saylı gimnaziyanın yaxınlığında, qadın qızını məktəbə gətirdiyi zaman baş verib.

34 yaşlı İrina Şevıryova “BMW X6” markalı avtomobillə övladını məktəbə gətirib və uşağı yola saldıqdan sonra maşınına doğru addımlayıb. Bu ərəfədə əraziyə elektrikli velosipedlə naməlum şəxs yaxınlaşıb. O, velosipedi park edib, qadını pusquda gözləyib, ardınca hücum edərək, boynuna, sinəsinə zərbələr endirib.

Yoldan keçənlər qadına kömək ediblər, hazırda İrina Şevıryova reanimasiyadadır.

Polis hücum edən şəxsi axtarır.

“Baza”nın əldə etdiyi məlumata görə, zərərçəkən qadın inşaatçılar sülaləsindən olan sahibkar İvan Şevıryovun həyat yoldaşıdır. Respublikada nüfuzlu biznesmenin oğlu olan Şevıryov bir neçə şirkətə sahibdir, yol və avtomagistral tikintisi ilə məşğuldur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv