Azərbaycanın işğaldan azad edilmiş ərazilərində villalar istifadəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində villalar istifadəyə veriləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadrut

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni mənzil və villalar istifadəyə veriləcək”.

presstvaz xəbər verir ki, bunu “PMD Group” MMC-nin daşınmaz əmlakın inkişafı üzrə direktoru Kamil Əliyev 30-cu yubiley “Xəzər İnşaat Həftəsi” çərçivəsində bildirib.

Onun sözlərinə görə, böyük turizm potensialına malik Hadrutda 28 evdən ibarət kompleksin inşası artıq başa çatıb:

“Bu ilin sonunadək tam təchizatlı evlər və villalar icarəyə təqdim olunacaq. Bundan başqa, Ağdamda ilk yaşayış kompleksi artıq sakinlərini qəbul edir. Ötən il 130 otaqlı “Aghdam City Hotel”in açılışı baş tutub. Ağdamda yaşayış kompleksinin ikinci və üçüncü fazaları üzrə inşaat işlərinə bu ilin sonunda başlamağı planlaşdırırıq. Layihə çərçivəsində 480 mənzil və 6 700 kvadratmetr qeyri-yaşayış sahəsi satış ofisləri vasitəsilə təqdim olunacaq”.

Kamil Əliyev əlavə edib ki, bu ilin sonundan etibarən Zəngilanda 100 otaqlı şəhər hotelinin tikintisinə başlanılması nəzərdə tutulur:

“Suqovuşanda isə villa kompleksinin inşası artıq tamamlanıb və villalar tam hazır vəziyyətə gətirilib”, – deyə şirkət rəsmisi vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv