Vüsal Qasımlı: “Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb”

Vüsal Qasımlı: “Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Böyük Qayıdış, #Hakim, #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, #İşğaldan azad olunmuş ərazilər, #Məcburi köçkün, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapan “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” üzrə artıq 28 yaşayış məntəqəsinə qayıdış təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sayı 55 min nəfər ətrafındadır”.

presstvaz xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı 30-cu Xəzər İnşaat Həftəsində bildirib.

O qeyd edib ki, onların təqribən 20 min nəfərə qədəri keçmiş məcburi köçkündür:

“Qalan əhali isə icra hakimiyyəti strukturlarında, tikintidə və digər şirkətlərdə çalışanlardır. Növbəti ilin sonunadək, yəqin ki, biz 100 minlik həddi alacağıq. Yəni 100 mindən çox keçmiş məcburi köçkünlərin geri qayıdışı baş tutacaq”.

“Azad olunmuş ərazilərdə qısa müddətdə nəqliyyat-logistika ilə bağlı 500 km-dən artıq avtomobil yolu çəkilib.120-130 km uzunluğunda dəmir yolu xətti çəkilib. Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 75%-i tamamlanıb”, – deyə V.Qasımlı əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv