Bakıda qadın evdə doğuş edib

Bakıda qadın evdə doğuş edib






presstv

"Presstv"az #Audi, #Avto, #Körpə, #Təcili Tibbi Yardım, #Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), #Xəzər rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.

presstvaz xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanında təcili tibbi yardım heyəti 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesini idarə edib:

“Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.

Təcili tibbi yardım briqadası ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərdikdən sonra onlar müvafiq tibb müəssisəsinə təxliyə ediliblər”.

“Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq 150 qr, boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxşdir”, – deyə məlumatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv