Zərdabda ölümlə nəticələnən AĞIR QƏZADA xəsarət alanların son vəziyyəti açıqlandı

Zərdabda ölümlə nəticələnən AĞIR QƏZADA xəsarət alanların son vəziyyəti açıqlandı






presstv

"Presstv"az #Audi, #Avto, #Cinayət işi, #Hadisə, #Həkim, #Nəqliyyat, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-ü, saat 15:10-da Zərdab rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi cinsli) Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

“1995-ci il və 2011-ci il təvəllüdlü şəxslərə diz nahiyəsinin əziyi, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 2011-ci il təvəllüdlü şəxs yaxınlarının istəyi ilə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib. 1995-ci il təvəllüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.

09:26

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz-ın məlumatına görə, hadisə Zərdab-Ucar yolunun Zərdab rayonu 51 saylı qəsəbədən keçən hissəsində baş verib.

Rayon sakini Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi “BMW 320i” markalı avtomobillə Mustafa Hacı oğlu Məmmədovun idarə etdiyi “Renault Megane” markalı maşın toqquşub.

Hadisə nəticəsində Mustafa Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb, sərnişinlər – Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv