SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib

SOCAR-TPAO əməkdaşlığı çərçivəsində birgə təlim keçirilib






presstv

"Presstv"az #(SOCAR), #Audi, #Azərbaycan, #Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

SOCAR və “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, bu tərəfdaşlıq çərçivəsində 22-26 sentyabr 2025-ci il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün “Qazma prosesi zamanı quyulara nəzarət” və “İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları” mövzularında beşgünlük intensiv təlimlər keçirilib.

Layihə SOCAR və TPAO arasında insan kapitalı sahəsində qarşılıqlı öyrənmə və inkişaf təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, enerji sektorunda bilik və təcrübə mübadiləsinə töhfə vermək məqsədi daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv