Olimpiyaçılarımızın yararsız hala düşən medallarının dəyişdiriləcəyi tarix bəlli oldu

Olimpiyaçılarımızın yararsız hala düşən medallarının dəyişdiriləcəyi tarix bəlli oldu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Boks, #Paris, #Paris-2024 Yay Olimpiya Oyunları, #Sərbəst güləş

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paris-2024 Yay Olimpiya Oyunlarında mükafatçılar sırasında olan Azərbaycan idmançılarının yararsız hala düşən medallarının dəyişdirilməsi prosesinə 2026-cı ilin fevralında başlanacaq.

presstvaz xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat katibi Murad Fərzəliyev açıqlama verib.

O, MOK-un Beynəlxalq Olimpiya Komitəsinə məsələ ilə bağlı ilin əvvəlində müraciət etdiyini xatırladıb:

“Bu vəziyyətlə bağlı müxtəlif hazırlıq prosesləri gedirdi. Bizə verilən məlumata görə, 2026-cı ilin fevralında bizim idmançıların medallarının dəyişdirilməsi prosesinə başlanılacaq”.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv