ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ

ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdülər – BİRİ ÖLDÜ






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Avto, #Hadisə, #Həkim, #Nəqliyyat, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alanlar ANAMA əməkdaşları olublar.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, qəzada xəsarət alan qardaşlardan biri ölüb.

Belə ki, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov həkimlərin göstərdikləri reanimasyon tədbirlərə baxmayaraq xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

11:04

Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz-ın məlumatına görə hadisə bu gün səhər 4-5 radələrində Birinci Şahsevən kəndi ərazində qeydə alınıb.

Hadisəyə “Khazar” markalı avtomobilin yoldan çıxaraq aşması səbəb olub. Nəticədə üç nəfər xəsarət alıb.

Xəsarət alanlar – sürücü, 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, onun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və digər sərnişin, 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.

Onların nişan mərasimindən qayıtdıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-də, saat 5:00-da Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

“Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv