Qəzzadan azad edilmiş girovlardan ibarət ilk qrup İsrailə gətirildi – İLK GÖRÜNTÜLƏR

Qəzzadan azad edilmiş girovlardan ibarət ilk qrup İsrailə gətirildi – İLK GÖRÜNTÜLƏR






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #avtobus, #HƏMAS hərəkatı, #İsrail, #İsrail Müdafiə Qüvvələri, #Qəzza, #Qəzza zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəzzadan azad edilmiş 7 girovdan ibarət ilk qrupun İsrailə gəlişinin videogörüntüləri yayılıb.

presstvaz-ın xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrindən (İDF-SAXAL) mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, girovlar ilkin tibbi müayinədən keçəcəklər.

SAXAL-ın mətbuat xidməti azad edilənlərin adlarını açıqlayıb. Onların arasında Matan Anqrest, Ziv və Qali Berman qardaşları, Qay Qilboa-Dalal, Omri Miran, Eytan Mor və Alon Ohel var.

Gün ərzində Qəzza zolağında ümumilikdə 20 girovun azad edilməsi planlaşdırılır. Bunlar 2023-cü il oktyabrın 7-də oğurlanan və iki illik HƏMAS əsarətindən sağ çıxan İsrail vətəndaşlarıdır.

Həmçinin İsrail televiziyasının 12-ci kanalının məlumatına görə, qalan 13 israilli girov da Qəzza zolağında Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təhvil verilib.

Komitə bəyan edib ki, azad edilmiş girovların vəziyyəti “qənaətbəxş görünür”.

11:02

Fələstin radikalları Qəzza zolağında azad edilən girovların ilk qrupunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşlarına təhvil veriblər.

presstvaz xəbər verir ki, bu barədə İsrailin “Kan” teleradio şirkəti məlumat yayıb.

Bildirilir ki, azad edilənlər Alon Ohel, Qay Gilboa-Dalal, Matan Anqrest, Qali, Ziv Berman, Eytan Mor və Omri Mirandır.

HƏMAS-ın gün ərzində ümumən sağ qalan 20 girovu azad edəcəyi gözlənilir.

10:04

İsraildə fələstinli məhbusları təhvil vermək üçün avtobuslara mindirirlər, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maşın karvanı onları təslim alacağı yerə yola çıxıb.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi öz mənbəsinə istinadla yayıb.

“Qəzzada BQXK-nın maşın karvanı israilli girovları təhvil alacağı yerə doğru irəliləyir. Fələstinli məhbusları həbsxanalarda avtobuslara mindirirlər”, – deyə o bildirib.

Daha əvvəl Fələstinin HƏMAS hərəkatı sülh sazişi çərçivəsində azad ediləcək 20 israilli girovun siyahısını dərc edib.

Bildirilib ki, daha sonra “Əl Əqsa” telekanalı girovların ilk dəstəsinin BQXK əməkdaşlarına təhvil verildiyi barədə məlumat yayıb. Məlumata görə, girovların ilk dəstəsi yeddi nəfərdən ibarətdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv