SOCAR-ın təşkilatçılığı ilə şəhid və qazi övladları üçün “Futbol günü” adlı tədbir keçirilib

SOCAR-ın təşkilatçılığı ilə şəhid və qazi övladları üçün “Futbol günü” adlı tədbir keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Futbol, #Müharibə, #Neftçi, #Qalatasaray, #Samir Abasov, #Türkiyə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vətən müharibəsində qazanılan şanlı Zəfərin beşinci ildönümü münasibətilə SOCAR-ın təşkilatçılığı, “Neftçi” və Türkiyənin “Qalatasaray” Futbol klublarının tərəfdaşlığı ilə SOCAR-ın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid və qazi olan əməkdaşlarının övladları üçün “Futbol günü” adlı tədbir keçirilib.

presstvaz xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Şəhid və qazı övladları əvvəlcə “Palms Sports” Futbol Mərkəzində olublar. Burada uşaqlara “Neftçi” klubu haqqında ətraflı məlumat verilib və klubun tarixi ilə bağlı videosüjet nümayiş etdirilib.

Uşaqlar “Neftçi” klubunun A komandasının baş məşqçisi Samir Abasov və futbolçularla görüşüb, onlarla xatirə şəkilləri çəkdiriblər. Uşaqlar istirahət otağında futbolçularla birlikdə müxtəlif əyləncəli oyunlar oynayıblar.

A və B komandaları arasında keçirilən yoxlama oyununu izləyən uşaqlara “Neftçi” Peşəkar Futbol Klubunun adından xatirə hədiyyələri təqdim olunub.

Günün ikinci yarısında isə şəhid və qazi övladları SOCAR-ın Baş ofisində təşkil olunan tədbirdə iştirak ediblər.

Şəhid və qazı övladlarını salamlayan SOCAR-ın Sosial məsuliyyət Departamentinin rəisi Əsəd Məmmədov Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıdan, bu siyasətə uyğun olaraq SOCAR tərəfindən görülən işlərdən bəhs edib.

Sonra uşaqlar “Qalatasaray” klubunun futbolçularının şəhid və qazi övladlarına müraciətləri əsasında hazırlanmış xüsusi videoçarxı izləyiblər. Onlara “Qalatasaray” futbol klubunun formaları hədiyyə olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv