Bakıda hələ də sakinlər suyu maşınlardan pulla alırlar

Bakıda hələ də sakinlər suyu maşınlardan pulla alırlar






presstv

"Presstv"az #Audi, #Azərenerji, #Binəqədi rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İki aydır ki, suyun verilməməsi sakinləri çətin vəziyyətdə qoyub. Bu səbəbdən onlar suyu maşınlardan almağa məcbur olurlar.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Binəqədi rayonu, Çiçək qəsəbəsindən gedir. Qəsəbənin Abad və 18-ci Xocəsən küçələrinin sakinləri bildiriblər ki, illər sonra öz vəsaitləri hesabına su xətti çəkməyə nail olublar. Lakin iki ay keçmədən sevincləri yarımçıq qalıb. Nasosa gedən elektrik enerjisi kəsildiyinə görə yenidən suyu maşınlardan almağa məcbur olublar.

Sakinlərin sözlərinə görə, su ayda cəmi iki dəfə növbə ilə verilir. Bəzən isə su maşını gəlmədiyindən, sakinlər onu başqa ünvanlardan daşımaq məcburiyyətində qalırlar.

Məsələ ilə bağlı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, elektrik enerjisindən istifadənin qanuniləşdirilməsi üçün əvvəlcə “ASAN kommunal” mərkəzinə müraciət edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv