Qəbələdə maşın iki qadını vurdu – Yaralıların vəziyyəti açıqlandı

Qəbələdə maşın iki qadını vurdu – Yaralıların vəziyyəti açıqlandı






presstv

"Presstv"az #Audi, #Avto, #Hadisə, #Hyundai, #Nəqliyyat, #Qəbələ, #Qəbələ rayonu, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Qəbələ şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.

presstvaz-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 11-i, saat 08:00-da Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (qadın cinsli) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

“1963-cü il və 1996-cı il təvəllüdlü şəxslərə çanaq sümüklərinin sınığı, bədənin müxtəlif nahiyələrinin əzilmiş, sıyrılmış yaraları və travmaları diaqnozları təyin olunub, zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti ağır qiymətləndirilən 1963-cü il təvəllüdlü pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. 1996-cı il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyəti stabildir”, – deyə məlumatda vurğulanır.

11:00

Qəbələ şəhərində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

presstvaz-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 8:00-da qeydə alınıb.

H.Aslanov küçəsi ilə hərəkətdə olan Rəşan İlkin oğlu Zeynalov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən iki piyadanı vurub.

İsmayıllı sakinləri olan piyadalar xəstəxanaya yerləşdiriliblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv