İşdə sağlamlığı qorumağın sadə yolları – Mütəxəssis məsləhəti

İşdə sağlamlığı qorumağın sadə yolları – Mütəxəssis məsləhəti






presstv

"Presstv"az #Audi, #Həkim, #Kitab, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bir çox ofis işçiləri günün böyük hissəsini oturaq vəziyyətdə keçirir ki, bu da idman zalına müntəzəm getsələr belə, onların sağlamlığına mənfi təsir göstərir.

presstvaz-ın məlumatına görə, bu barədə rusiyalı kardioloq, “Sağlam olmaq vərdişi. Hipertoniyanın, infarktın və insultun qarşısını necə almaq olar” kitabının müəllifi Natalya Qavrilyuk kp.ru-ya danışıb.

O, iş günü ərzində sadə hərəkətlərin ürək və damarların sağlamlığını qoruya biləcəyini diqqətə çatdırıb: “Məşqdən kənar aktivlik – bu xüsusi məşqlərdən başqa hər hansı fiziki aktivliyin məcmusudur. Məsələn, ev daxilində hərəkət, pozanın dəyişdirilməsi, qısa məsafələrə yürüş. İşdə hər 30-60 dəqiqədən bir ayağa qalxmaq lazımdır”.

Mütəxəssis vurğulayıb ki, hətta bir dəqiqəlik hərəkətlər, istər ayaqların yellənməsi, istərsə də ofis daxilində gəzinti fayda verir. Bu cür vərdişlər orqanizmi aktivləşdirməyə və oturaq işin ziyanını kompensasiya etməyə kömək edir.

“Ayaq üstə işləmək olar (ofislər üçün hətta xüsusi ayaq üstə iş masaları mövcuddur). Əgər gündə 30 dəqiqə ərzində ayaq üstə işləsəniz, bu da fiziki vəziyyətinizi yaxşılaşdıracaq”, – həkim qeyd edib.

Qavrilyuk bu cür sadə hərəkətləri müntəzəm gəzintilərlə və məşqlərlə birləşdirməyi məsləhət görüb. Məsələn, parkda gəzinmək və ya yüngül gimnastika etmək faydalıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv