Təşəbbüs Avropadan, istiqamət Bakıdan – Kim kimi yönləndirir?

Təşəbbüs Avropadan, istiqamət Bakıdan – Kim kimi yönləndirir?






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Danimarka, #Emmanuel Makron, #Moldova, #Nəqliyyat, #Nikol Paşinyan, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Global Panorama” verilişinin növbəti buraxılışı yayımlanıb.

Bu dəfə proqramda Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi” sammitində Azərbaycanın enerji, diplomatiya və regional sabitlik sahələrində strateji roluna diqqət yetirilib.

Verilişdə qeyd olunub ki, sammitdə Azərbaycanın mövqeyi aydın idi: ölkəmiz təkcə enerji təminatçısı deyil, həm də siyasi sabitliyin və iqtisadi inteqrasiyanın fəal təşəbbüskarı kimi çıxış edir.

Kopenhagen sammitinin nəticələri Azərbaycanın bir neçə istiqamətdə mövqeyini daha da möhkəmləndirib. Azərbaycan Avropa enerji məkanında daha aktiv rol oynamağa başlayıb, regional nəqliyyat və inteqrasiya layihələrinə yeni impuls verilib, diplomatik əlaqələr isə yeni platformalarda genişlənib.

Proqramda vurğulanıb ki, Emmanuel Makronla dialoq, Nikol Paşinyanla müzakirələr, Moldova və Avropa İttifaqı ilə əməkdaşlıq siqnalları Azərbaycanın artıq danışıqlardan kənarda deyil, əksinə, proseslərin mərkəzində olduğunu nümayiş etdirib.

Bildirilib ki, bu gün Azərbaycan yalnız enerji daşıyıcısı deyil, həm də enerji siyasətinin formalaşmasında aparıcı rola malikdir. Kopenhagen sammiti Azərbaycanın xarici siyasətində yeni bir etimad mərhələsinin başlanğıcı kimi dəyərləndirilir.

Azərbaycan özünü həm Avropa üçün strateji tərəfdaş, həm də regionda sülhün əsas təşəbbüskarı kimi təqdim edib. Bu, ölkəmizin diplomatik xəttinin gücünü və perspektivlərini bir daha təsdiqləyib.

Avropa bu gün sabitlik və enerji təhlükəsizliyi üçün yeni tərəfdaşlar axtarır. Lakin reallıq göstərir ki, o tərəfdaş artıq çoxdan mövcuddur – Azərbaycan.

Sülh təşəbbüslərindən tutmuş enerji xəritəsinə qədər bu gün Avropanın nəbzi Bakının ritmində döyünür.

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv