Dünyada bir ilk: Artıq xroniki yorğunluğu asanlıqla müəyyən etmək olacaq

Dünyada bir ilk: Artıq xroniki yorğunluğu asanlıqla müəyyən etmək olacaq






presstv

"Presstv"az #Audi, #İngiltərə, #Sağlamlıq, #Xroniki yorğunluq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniyalı alimlər dünyada ilk dəfə xroniki yorğunluq sindromunu (mialqik ensefalomielit) müəyyən etməyə imkan verən qan testi hazırlayıblar.

presstvaz xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Qeyd olunur ki, indiyədək xəstəliyin diaqnostikası yalnız simptomlara əsaslanırdı. Bu isə diaqnozun qoyulmasında gecikmələrə və səhv qiymətləndirmələrə səbəb olurdu.

“Biz bilirik ki, bəzi xəstələr onlara diqqət yetirilmədiyindən şikayətlənirlər, hətta bəziləri onların xəstəliklərinin “yalnız zehni təsəvvür” olduğunu düşünürlər. Bizim kəşfimiz bu vəziyyəti dəyişəcək, artıq diaqnozu təsdiqləmək üçün sadə və dəqiq qan testi aparmaq mümkün olacaq”, – deyə Şərqi İngiltərə Universitetinin nümayəndəsi bildirib.

Qeyd edək ki, xroniki yorğunluq sindromu insanın ciddi xəstəliyi olmadan, altı aydan çox davam edən daimi yorğunluq hissi ilə xarakterizə olunur. Bu vəziyyətdə halsızlıq, əzələ ağrıları, yuxusuzluq və ya həddindən artıq yuxululuq, ayaqüstə tez yorulma kimi əlamətlər müşahidə edilir.

Belə halın yaranmasına bir çox amil səbəb ola bilər. Daimi yorğunluq bəzən qanazlığı, infeksiyalar, qaraciyər, ürək və böyrək çatışmazlıqları, vitamin və mineral çatışmazlığı, maddələr mübadiləsi pozğunluqları (hipoqlikemiya), hormonal problemlər (hipotireoz, böyrəküstü vəz çatışmazlığı) və hətta xərçəng kimi ciddi sağlamlıq problemlərinin ilkin siqnalı ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv