Kanak Milli Sosialist Azadlıq Cəbhəsi BMT-də Fransaya etiraz bəyanatı yayımlayıb

Kanak Milli Sosialist Azadlıq Cəbhəsi BMT-də Fransaya etiraz bəyanatı yayımlayıb






presstv

"Presstv"az #ABŞ, #Audi, #Fransa, #Nyu-York, #Yeni Kaledoniya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kanakinin (Yeni Kaledoniya) müstəqilliyi uğrunda mübarizə aparan Kanak Milli Sosialist Azadlıq Cəbhəsi (KMSAC) BMT-nin Nyu-Yorkdakı qərargah binasında növbəti dəfə Fransaya qarşı etiraz bəyanatı yayımlayıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, ABŞ bürosuna açıqlamasında KMSAC-nin nümayəndəsi, qurumun prezidentini təmsil edən Oriyan Tçolu deyib.

O.Tçolu bildirib ki, Fransa hökumətinin vəhşiliklərinə etiraz əlaməti olaraq KMSAC nümayəndələri BMT-nin Dekolonizasiya üzrə Birinci Komissiyasının iclasında çıxış edərək Kanakinin vəziyyəti ilə bağlı mövqeyini təqdim ediblər:

“Biz vahid bəyanatımızı simvolik tarixdə – 24 sentyabr 2025-ci ildə elan etmişik. Bu tarix Yeni Kaledoniyanın Fransa tərəfindən müstəmləkələşdirilməsinin başlanğıc tarixinə – 24 sentyabr 1853-cü ilə təsadüf edir. Bu bəyanatı KMSAC-nin prezidenti Kristian Teyinin rəhbərliyi ilə protestant kilsəsinin nümayəndələri, antikolonializm assosiasiyası və KMSAC üzvləri ilə birlikdə ictimaiyyətə təqdim etdik”.

KMSAC nümayəndəsi bildirib ki, bəyanatda ölkənin tam suverenliyinə nail olmaq öhdəliyi bəyan edilib və bu, idarəçi dövlətlə aparılan danışıqlar çərçivəsində həyata keçiriləcək:

“Biz həmçinin 2025-ci ilin noyabr ayına qədər əyalət seçkilərinin keçirilməsinin vacibliyini vurğulayırıq ki, xalqın nümayəndələrinin legitimliyi bərpa olunsun”.

“Biz inklüziv, həmrəy və davamlı sosial layihənin inkişafı üçün şərait yaratmaq öhdəliyini də üzərimizə götürürük. Bu layihə həm adət-ənənə legitimliyini, həm də yerli rəhbərlərin suverenliyini, vətəndaş cəmiyyətini, dini və adət-ənənə rəhbərlərini nəzərə almalıdır. Biz həmçinin ölkənin firavanlığına, inkişafına və Sakit okean regionunda uzunmüddətli sabitliyə töhfə vermək üçün milli birliyin təməlini qoymaq öhdəliyimizi bildiririk. Biz elan edirik ki, müstəqillik üçün lazım olan şərtlər yerinə yetirildikdə 2027-ci il prezident seçkilərindən əvvəlki son gün müstəqillik rəsmi şəkildə bəyan ediləcəkdir. Biz bu bəyanatın imzalanmasında iştirak edən və onun istiqamətini bölüşən təşkilatlarla birgə fəaliyyətimizi davam etdirməyə sadiqik”, – Oriyan Tçolu vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv