Ermənistan 17 min avtomatı terrorçulara verib

Ermənistan 17 min avtomatı terrorçulara verib






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan çox kiçik ölkədir. Orada 17 min avtomatın itməsi demək olar ki, mümkünsüzdür. Ehtimal ki, bu silahlar Ermənistan hakimiyyətinə yaxın olan qüvvələr tərəfindən ölkədən çıxarılıb.

“Presstv”az   xəbər verir ki, bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusuna aid 17 min ədəd “Kalaşnikov” markalı avtomat silahının itməsi ilə bağlı müzakirələri şərh edərkən deyib.

Ekspert bu silahların məqsədli şəkildə ölkədən çıxarıldığını və terror təşkilatlarına verildiyini ehtimal etdiyini vurğulayıb:

“Ola bilsin, bu silahlar Ermənistan rəhbərliyinin müxtəlif illərdə yaxından əməkdaşlıq etdiyi ASALA terror təşkilatına və ya onun uzantılarına göndərilib. Müzakirələrdən belə məlum olur ki, sözügedən silahlar müharibə başa çatdıqdan sonra yoxa çıxıb. ASALA-dan başqa bu silahların PKK-ya verilməsi də istisna deyil. Çünki onlarla da Ermənistanda müxtəlif vəzifəli şəxslər çox yaxından əməkdaşlıq edir”.

Qeyd edək ki, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı

“Presstv”az  xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv