Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb

Ukrayna: Münaqişə zamanı 200 minə yaxın insan itkin düşüb






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Təbii fəlakət, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya-Ukrayna müharibəsi nəticəsində təxminən 200 min insanın itkin düşdüyü bildirilir. Bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı Dmytro Lubinets Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı məlumat verib.

presstvaz xəbər verir ki, o, qeyd edib ki, müharibə başa çatdıqdan sonra itkinlərin dəqiq sayı bəlli olacaq. Komissarın sözlərinə görə, bu insanların taleyinə aydınlıq gətirmək üçün beynəlxalq əməkdaşlığa ciddi ehtiyac var.

Lubinets, Ukrayna ilə yanaşı Azərbaycan və digər ölkələrin iştirakı ilə birgə işçi qrupun yaradılmasını təklif edib. O, Azərbaycanın bu sahədəki təcrübəsinin faydalı ola biləcəyini vurğulayıb və əlavə edib:

"İtkin düşənlər unudulmamalıdır. Bu problem əsasən müharibə, miqrasiya və təbii fəlakətlər zamanı ortaya çıxır. Onların taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq əməkdaşlıq vacibdir, çünki bu, sərhəd tanımayan bir problemdir".


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv