Vaan Kostanyan: “İrəvan Bakı ilə sülh prosesini müsbət qiymətləndirir”

Vaan Kostanyan: “İrəvan Bakı ilə sülh prosesini müsbət qiymətləndirir”






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Azərbaycan, #Bakı, #Cənubi Qafqaz, #Donald Tramp, #Ermənistan, #Hakim, #İlham Əliyev, #İrəvan, #Nəqliyyat, #Nikol Paşinyan, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistan hakimiyyəti avqustun 8-də Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycanla nizamlanma prosesini müsbət qiymətləndirir.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

Kostanyan vurğulayıb edib ki, Ermənistan dinc və sabit Cənubi Qafqaz yaratmaq imkanı əldə edib və bu prosesə başlayıb.

“Biz bütün regional kommunikasiyaların blokadadan çıxarılması imkanı əldə etdik, bu barədə amerikalı tərəfdaşlarımızla müzakirələr aparılır. Ümid edirik və əminik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Ümumilikdə avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra müşahidə etdiyimiz dinamikanı müsbət qiymətləndiririk”, – Kostanyan qeyd edib.

O, əmin edib ki, Ağ Evdə görüşdən sonra verilən bəyanatlar regionun sabit və dinc dövrə daxil olmasını göstərir.

Nazir müavini İrəvanın ən qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüşün yekunlarına əsasən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Bakı və İrəvan arasında sülh nizamlanması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat kommunikasiyasının yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə “Tramp marşrutu” (TRIPP) adını alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv