Azərbaycana qarşı hərbi əməliyyatlarda muzdluların iştirakı barədə sənədlər məhkəmədə elan olunub

Azərbaycana qarşı hərbi əməliyyatlarda muzdluların iştirakı barədə sənədlər məhkəmədə elan olunub






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #ABŞ, #Ailə, #Almaniya, #Anar Rzayev, #Audi, #Avstriya, #Avto, #Azərbaycan, #Bakı, #Bakı Hərbi Məhkəməsi, #Cəbrayıl, #Cinayət işi, #Ermənistan, #Fransa, #Goranboy rayonu, #Hadrut, #Hakim, #Hərbi təlimlər, #Həştərxan, #İrəvan, #İspaniya, #Kanada, #Konya, #Livan, #Müharibə, #Müharibə cinayətləri, #Qazax, #Rusiya, #Suriya, #Vətən müharibəsi, #Yaxın Şərq, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 9-da davam etdirilib.

presstvaz AZƏRTAC-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

Belə ki, Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş sənədlər elan olunub, müvafiq fotoşəkillər nümayiş etdirilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı döyüşlərdə verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib.

Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib.

Habelə xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan suveren ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dən, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara “VoMA” (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terror təşkilatları da cəlb olunublar.

Başqa bir sənədə əsasən, “VoMA” təşkilatı Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və ona yaxın şəxslərlə, eləcə də ASALA terror təşkilatının fəal üzvlərindən olan Alek Yeniqomşyan ilə yaxın dostluq əlaqələri saxlayan Vladimir Vartanov tərəfindən yaradılıb.

Təşkilatın hərbi təlimləri qış aylarında Ermənistanın Cermux və Dilican rayonlarında, yay aylarında isə Azərbaycanın vaxtilə işğal altında olmuş Kəlbəcər rayonunun Keşdək kəndi və Ermənistanın Bjni kəndindəki dağətəyi ərazilərdə təşkil olunub.

Hərbi təlimlər Ermənistan vətəndaşları Vardan Enoqyan, Samvel Qalstyan, Baqrat Beqlaryan, Artak Baqratyan, Levon Qevorqyan, Badal Safaryan, Qor Melkonyan, Qareqin Baqdyan, Spartak Hovanessyan tərəfindən keçirilib. Qrup rəhbəri Qevorq Qriqoryan, təşkilat üzvlərinin yerləşdirilməsinə cavabdeh Edqar Arşakyan, qida məsələlərinə cavabdeh Qoş Qalstyan, ümumi təlimatçı Vaginak Vartanov (Vladimir Vartanovun oğlu) olub.

“VoMA”nın Rusiya Federasiyasında yaşayan ermənilərlə koordinasiya işini “Yerkrapa” təşkilatının Rusiya nümayəndəliyinin fəxri üzvü, Rusiya vətəndaşı Tananyan Qayane Arturovna təşkil edib. “VoMA”nın fəaliyyəti üçün tələb olunan maddi vəsait əsasən Rusiya Federasiyasından, eləcə də ABŞ-dən, Fransadan, Avstriyadan və Livandan göndərilən ianələr, həmçinin Ermənistandakı sahibkarların yardımları və iştirakçıların üzvlük ödənişləri hesabına formalaşdırılıb.

Digər sənəddə qeyd edilib ki, “VoMA” təşkilatının rəhbəri Vladimir Vartanov 1965-ci ildə Yerevan şəhərində doğulub, 1992-ci ildə Ermənistanın sabiq müdafiə naziri Vazgen Sarkisyanın müşaviri olub, nasist Qaregin Njdenin “özünümüdafiənin vacibliyi” ideologiyasını dəstəkləyir.

Qeyd edilib ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Suqovuşan istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələri tərəfdən Livan, Fransa və ABŞ vətəndaşları aktiv iştirak ediblər.

Xarici ölkələrdən gəlmiş “könüllü” dəstələrə “Baron Norik” ləqəbi ilə tanınan Livan vətəndaşının rəhbərlik edib. Onların arasında Hakop adlı Livan vətəndaşı və eyniadlı ABŞ vətəndaşı da olub.

ASALA ilə əlaqələrə malik olan Fransa vətəndaşı Gilbet Minasyan 15 nəfər erməniəsilli Fransa vətəndaşını döyüşmək üçün həmin Azərbaycanın işğal altında olmuş suveren ərazilərinə göndərdiyini bildirib, xarici ölkə vətəndaşları Artur Oqanisyan (Fransa), Stefan Keşişyan (Suriya), Gevorq Xaçyan (Livan), Armen Knyazyan (İspaniya), Aruşan Badasyan (ABŞ) və digərləri könüllü qismində Azərbaycana qarşı döyüşlərdə iştirak ediblər.

Elan olunan sənədə görə, Knyazyan Armenin Arayik Arutyunyan ilə dostluq münasibətləri olub, o, 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib.

Əlavə edilib ki, Armen Artavadzi Knyazyan 1974-cü ildə anadan olub, işləmək üçün Almaniya Federativ Respublikasına, sonra isə ailəsi ilə birlikdə İspaniya Krallığına gedərək həmin dövlətin vətəndaşlığını alıb. Lioret de Mar (Girona) şəhərində “El İtaliano Giorgio” adlı 3 restoranın sahibi olub. 2020-ci ildə Vətən müharibəsi başlayanda əmisi oğlanları Sarkis və Norik ilə birlikdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərinə gələrək Ermənistan silahlı qüvvələrinin tərkibində döyüş əməliyyatlarına qatılıb. Ölümündən sonra ona qondarma rejimin “qəhrəmanı” adı verilib.

Qeyd edilib ki, Fransanın Marsel şəhərindən gəlmiş Artur Oqanisyan 2020-ci ildə Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər.

Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərdə iştiraka cəlb ediliblər.

Daha sonra 2020-ci ilin iyul ayında Tovuz və Qazax rayonlarının yaşayış məntəqələrinin atəşə tutulması, 1992-ci il avqustun 27-də Goranboy rayonunun Gülüstan kəndində QAZ-53 markalı avtomobildə 5 nəfərin öldürülməsi, həmin il sentyabrın 19-da Gülüstan kəndində azərbaycanlı sakinlərin atəşə tutulması, Yaqubova Aynur Həştərxan qızının, 1993-cü il iyunun 26-da Aslanov Firdovsi Bayram oğlunun və Aslanov Kamran Ramiz oğlunun, habelə digər şəxslərin öldürülməsi faktları üzrə sənədlər elan edilib.

Məhkəmə prosesi oktyabrın 10-da davam etdiriləcək.

14:18

Oktyabrın 9-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində hərbi əməliyyatlara cəlb edilmiş muzdlu döyüşçülər barədə sənədlər elan olunub.

presstvaz xəbər verir ki, məhkəmədə Azərbaycanın müxtəlif dövlət qurumlarından daxil olmuş məxfi qrifli məktublardan çıxarışlar elan edilib.

2020-ci il oktyabrın 24-nə dair sənədə əsasən, Ermənistan 44 günlük müharibə zamanı döyüş meydanında verdiyi itkiləri kompensasiya etmək üçün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan silahlı qüvvələrinin tərkibinə əcnəbi vətəndaşları cəlb etməyə ciddi səylər göstərib. Xüsusən Ermənistan hökuməti və üçüncü ölkələrdə olan erməni diaspor təşkilatları tərəfindən erməni icmasının üzvlərinə təcili surətdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində gedən döyüşlərə qoşulmaq barədə çağırışlar edilib. Habelə, xarici dövlətlərdə xüsusi bilet satışı kampaniyaları təşkil olunub, toplanış məntəqələri təyin edilib. Nəticə etibarı ilə Azərbaycanın həmin vaxt Ermənistanın işğalı altında olan ərazilərində gedən hərbi əməliyyatlarda Fransadan, ABŞ-dən, Suriyadan, Rusiya Federasiyasından və digər ölkələrdən olan əcnəbi terrorçu döyüşçülər iştirak edib. Hərbi əməliyyatlara “VoMA” (İrəvan şəhərində fəaliyyət göstərən hərbi təlim mərkəzi), ASALA və digər terrorçu təşkilatlar da cəlb olunublar.

Digər sənədə əsasən, Fransa vətəndaşı Artur Oqanisyan Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak edib.

Fransanın Marsel şəhərindən gəlmiş Artur Hovannisyan 2020-ci ildə 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrinin tərkibində Azərbaycanın Hadrut və Cəbrayıl rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak edib.

Başqa sənədə əsasən, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan və onun rəhbərlik etdiyi 15 nəfərdən ibarət hərbi təcrübəyə malik dəstənin Azərbaycan ərazisində törətdikləri cinayət əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Daha bir sənədə əsasən, Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində Azərbaycan Silahlı Qüvvələrinə qarşı Ermənistan silahlı qüvvələri ilə yanaşı, xarici dövlətlərdən (Suriya, Rusiya Federasiyası, İspaniya, Kanada, Fransa, Yunanıstan, Livan, Yaxın Şərq və Latın Amerikası ölkələrindən) gətirilmiş muzdlular və müxtəlif terror təşkilatlarına üzv olan döyüşçülər də iştirak ediblər. Əvvəllər bu kimi muzdlular Ermənistanın hərbi qulluqçularına əsasən kəşfiyyat, diversiya, terror-təxribat və obyektlərin partladılması ilə bağlı təlimlər keçməyə dəvət olunsalar da, sonra birbaşa döyüşlərda iştiraka cəlb ediliblər.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

presstvaz xatırladır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv