ABŞ BƏƏ-yə milyardlarla dollarlıq çip ixracına razılıq verib

ABŞ BƏƏ-yə milyardlarla dollarlıq çip ixracına razılıq verib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Birləşmiş Ərəb Əmirlikləri, #Çin, #Dollar, #Donald Tramp, #Vaşinqton, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Vaşinqton “Nvidia” şirkətinin bir neçə milyard dollarlıq yüksək texnoloji mikrosxemlərinin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ixracına razılıq verib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Adının açıqlanmasını istəməyən amerikalı məmur agentliyə bildirib ki, ABŞ Ticarət Nazirliyi strukturuna daxil olan Sənaye və Təhlükəsizlik Bürosu may ayında Əbu-Dabidə imzalanmış razılaşmaya müvafiq olaraq “Nvidia”ya ixrac lisenziyası verib. Lakin bu sövdələşmənin icrasına yalnız BƏƏ Birləşmiş Ştatlara dəqiq investisiya planı təqdim etdikdən sonra start verilib. İnvestisiyaların məbləği və mikrosxem təchizatının dəqiq həcmi hələlik açıqlanmır.

ABŞ Prezidenti Donald Tramp may ayında Şərq turnesi zamanı BƏƏ-yə mikrosxem ixracını dəstəkləyib. Tərəflərin sövdələşmənin detallarını qısa müddətdə razılaşdıra biləcəklərinə ümid etmələrinə, “Nvidia”nın təchizatı başlamağa hazır olmasına baxmayaraq, tam razılıq uzun müddət əldə edilməyib.

Amerika KİV-lərinin yazdığına görə, Vaşinqton bu çiplərin Yaxın Şərq ölkələrindən Çinə göndəriləcəyindən ehtiyat edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv