İKT sahəsi üzrə dünyanın nüfuzlu məktəbi tam təqaüdlü tədris proqramı elan edir

İKT sahəsi üzrə dünyanın nüfuzlu məktəbi tam təqaüdlü tədris proqramı elan edir






presstv

"Presstv"az #Apple, #Azərbaycan, #Bakı, #Google, #Tesla, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “PASHA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə “Holberton School Azerbaijan”da yüz faizlik təqaüd proqramına start verilib.

Proqram çərçivəsində 2025-2026-cı illər üzrə proqram təminatının əsasları və müasir texnologiyalar üzrə təlim proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Təlimlər beynəlxalq nüfuza malik Holberton Məktəbi modelinə əsaslanacaq.

Proqramda 16 yaşdan yuxarı şəxslər iştirak edə bilər. Bakı və ətraf ərazilərdə yaşayan iştirakçıların tədris müddətində kampusda həftəlik ən azı 15 saat iştirak etmələri zəruridir. Bölgələrdə yaşayan şəxslər isə təlimlərə onlayn formada qoşulmaq imkanı əldə edəcəklər.

Proqram çərçivəsində ümumilikdə 200 nəfər məzunun hazırlanması nəzərdə tutulur. Proqramı uğurla tamamlayan iştirakçıların “aparıcı” və ya “baş mütəxəssis” səviyyəsində məzun olacaqları planlaşdırılır.

Təlim müddətində tələbələr üçün LMS (Learning Management System) platforması istifadəyə veriləcək. Hər bir iştirakçı üçün fərdi profil yaradılacaq, öyrənmə prosesləri izləniləcək, tapşırıqlar və qiymətləndirmələr sistem üzərindən aparılacaq.

Tədris proqramları “Full-Stack Web Development və AI” (9 ay), “Cybersecurity”, (12 ay) “Machine Learning” (12 ay), “Computer of Science” (9 ay) olmaqla 4 istiqamətdə həyata keçiriləcək.

Layihə çərçivəsində təşkil olunacaq təlimlərin əsas məqsədi İKT sahəsində ixtisaslı kadrlar hazırlamaq, orta təhsilini tamamlamış və ya təhsilini yarımçıq qoymuş şəxsləri bu sahəyə cəlb etmək, peşə dəyişikliyi etmək istəyənlərə dəstək olmaq, eyni zamanda ölkədə İKT savadlılığını artırmaq və bu istiqamətdə iqtisadi inkişafa töhfə verməkdir.

Qeyd edək ki, “Holberton School Azərbaycan”, dünyaca məşhur “Holberton School” şəbəkəsinin bir hissəsidir. Layihənin əsas məqsədi tələbələrə müstəqil öyrənmə, tədqiqat aparma və real layihələr üzərində işləməklə praktiki təcrübə qazandırmaqdır. İRİA İKT sahəsində beynəlxalq təcrübənin ölkədə tətbiqi məqsədilə artıq iki ildir ki, “Holberton School”la əməkdaşlıq edir.

2016-cı ildən fəaliyyət göstərən “Holberton School” hazırda 20-dən çox ölkə, 30-dan çox şəhərdə qlobal təhsil şəbəkəsini formalaşdırır. Bu məktəblərin məzunları “LinkedIn”, “Google”, “Tesla”, “Docker”, “Apple”, “Dropbox”, “Facebook”, “Pinterest”, “Genentech”, “Cisco” və IBM kimi aparıcı texnologiya şirkətlərində karyera qurublar.

Son qeydiyyat tarixi: 29 oktyabr 2025-ci il

Qeydiyyat üçün link: https://holbertonschool.az/admission


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv