Narkotik əməliyyatından sonra səhnəyə çıxan Hadisedən ilk açıqlama: “Siqaret belə çəkmirəm”

Narkotik əməliyyatından sonra səhnəyə çıxan Hadisedən ilk açıqlama: “Siqaret belə çəkmirəm”






presstv

"Presstv"az #Hadisə, #Siqaret, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dünən səhər 19 məşhuru hədəf alan narkotik əməliyyatında saxlanılanlardan biri də məşhur müğənni Hadisə olub. Qan, sidik və saç nümunələri götürdükdən sonra sərbəst buraxılan Hadisə həmin axşam Ankaradakı konsertini ləğv etməyib.

presstvaz “Onedio” saytına istinadən xəbər verir ki, Hadisə konsert zamanı səhnədən yaşadıqlarını emosional şəkildə danışıb.

“Sizi gözlətdiyimiz üçün üzr istəyirəm, amma kömək edə bilmədik. Biz çətinliklə bacardıq. Yalnız menecerim Haluk Şentürk şəxsi təyyarə təşkil etdiyi üçün bura çata bildik. O olmasaydı, çatmazdıq”.

Səhər yaşadıqlarını danışarkən duyğulanan Hadise ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını söyləyib:

“Həyatımda ilk dəfə səhər saat 6:30-da dəhşət içində oyandım. Qapım döyüldü. Bacım da yanımda idi. Mühafizə xidmətinə zəng vurub soruşdum ki, nə baş verir? Dedilər ki, polis əməkdaşları gəliblər.

Hər birimizin başına hər şey gələ bilər, amma siqaret belə çəkmirəm. Bugünkü əməliyyatda adımın hallanması məni məyus etdi. Bu ağırdır. Valideynlərim məni belə tərbiyə etməyiblər. Mən işini sevən qadınam. Nə ata pulu, nə ana pulu, nə keçmiş sevgilimin pulu… Mən bura öz zəhmətimlə gəlmişəm”.

Hadisə konsertini yarımçıq qoymamaq qərarını “Tamaşaçılarıma bir vədim var” deyərək izah edib, yaşadığı vəziyyətin psixoloji vəziyyətinə mənfi təsir etdiyini, ancaq güclü qalmağa çalışdığını bildirib.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv