Narkotik ittihamı üzrə saxlanılmış İrem Derici: “Canımı küçədə tapmamışam”

Narkotik ittihamı üzrə saxlanılmış İrem Derici: “Canımı küçədə tapmamışam”






presstv

"Presstv"az #İstanbul, #Mətbuat konfransı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən narkotik və ya stimullaşdırıcı maddə istifadəsi iddiası ilə başladılan istintaq çərçivəsində saxlanılan və müəyyən prosedurlardan sonra sərbəst buraxılan müğənni İrem Derici məsələ ilə bağlı mətbuat konfransı keçirib.

presstvaz bu barədə “Haber Türk” telekanalına istinadən xəbər verir.

İfaçı mətbuat konfransı zamanı heç bir ittihamı qəbul etmədiyini bildirib:

“Saç və qan nümunələrini verdim. Hər ehtimala qarşı başqa bir xəstəxanada da saç və qan nümunələri verəcəyəm. Məgər mən karyerarımı narkotik bəlası ilə riskə atacaq qədər axmağam? Bu karyera üçün çox zəhmət çəkmişəm. Canımı küçədə tapmamışam. Lazım gələrsə, o təmiz nəticələri məhəllə-məhəllə gəzib sizinlə paylaşacağam”.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı üzrə İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger ve Ceren Moray barəsində istintaq başladıb. İstintaq çərçivəsində şübhəlilər ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıb. Onlardan həmçinin saç və qan nümunələri götürülüb. İfadələri alındıqdan sonra onlar sərbəst buraxılıblar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv