“Dron divarı” Rusiya neftini daşıyan tankerləri izləyə bilər

“Dron divarı” Rusiya neftini daşıyan tankerləri izləyə bilər






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Gəmi, #Müharibə, #Polşa, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Komissiyası (AK) avroittifaqın (Aİ) Rusiya neftini daşımaqda şübhəli bildiyi tankerlərin izlənilməsinə “dron divarı”nı cəlb edə bilər.

presstvaz Gazeta.ru-ya istinadla xəbər verir ki, bu fikri AK-nın sədri Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar sessiyasında səsləndirib.

Onun sözlərinə görə, söhbət “Eastern Flank Watch” və “Drone Wall” layihələrindən gedir.

“Drone Wall” silahlı miqrasiyanın monitorinqindən Rusiyanın kölgə donanmasının nəzarətə götürülməsinə qədər müasir müharibə reallıqlarına bizim cavabımızdır”, – deyə o bildirib.

AK sentyabrın 10-a keçən gecə Polşanın hava məkanının pozulmasından sonra bəyan edib ki, Aİ-nin şərq sərhədləri boyunca “dron divarı” yaratmaq niyyətindədir.

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində sanksiya siyahısını daha 120 tankerlə genişləndirməyi planlaşdırır. Bu minvalla sanksiyaların əhatə etdiyi gəmilərin sayı 568-ə çatacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv