Komitə sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü ilə görüşüb

Komitə sədri İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü ilə görüşüb






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #İlham Əliyev, #Ramin Məmmədov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar ilə görüşüb.

presstvaz xəbər verir ki, Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq ölkəmizdə dini icmalara davamlı olaraq maddi və mənəvi dəstək göstərilir.

İşğaldan azad edilmiş ərazilərdə məscid və kilsələrin bərpası Azərbaycanın dövlət-din münasibətlərində nümunəvi təcrübəsini nümayiş etdirir. Dini qurumlarla əməkdaşlıq siyasətinin məqsədi cəmiyyətdə qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunması, eləcə də təşviqidir. İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Azərbaycandakı uğurlu fəaliyyətinə toxunan Ramin Məmmədov görüş iştirakçılarını dini icmaya məxsus kilsənin yaxın zamanlarda keçirilməsi nəzərdə tutulan açılış mərasiminə dəvət edib.

Deyvid Bednar Azərbaycanın sülh quruculuğu və dinlərarası dialoq prosesindəki roluna toxunaraq, ölkəmizdə təkcə ənənəvi dinlərin yox, onların müxtəlif qollarının mənsublarına da sərbəst şəkildə ibadət etmək imkanının yaradılmasını yüksək qiymətləndirdiyini deyib. Bildirib ki, Azərbaycanda dini konfessiyalara münasibət, tarixi-dini abidələrin bərpasına göstərilən xüsusi diqqət, dinlərarası dialoq mövzusunda təşkil olunan beynəlxalq konfranslar dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını nümayiş etdirir.

Kilsənin “Yetmiş Həvari Kvorumu”nun üzvü Cek Gerardın da iştirak etdiyi görüşdə əməkdaşlıq perspektivləri, beynəlxalq platformalarda Azərbaycanın multikulturlaizm və tolerantlıq ənənələrinin təbliği barədə fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv