Dənizkənarı Milli Park “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb

Dənizkənarı Milli Park “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb






presstv

"Presstv"az #Audi, #Bakı, #Niderland

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dənizkənarı Milli Park nüfuzlu “Green Flag Award” beynəlxalq mükafatına layiq görülüb.

presstvaz xəbər verir ki, mükafat dünyanın ən mötəbər park idarəçiliyinin qiymətləndirilməsi sistemlərindən biri kimi, ictimai istirahət məkanlarında yüksək idarəetmə standartlarını, cəmiyyət üçün əlçatan, təhlükəsiz və baxımlı, ekoloji baxımdan dayanıqlı yaşıl ərazilərin saxlanması və inkişaf etdirilməsini qiymətləndirir.

“Green Flag Award” proqramı 1996-cı ildə təsis edilmiş və hazırda 20-dən artıq ölkədə tətbiq olunan beynəlxalq ekoloji qiymətləndirmə sistemidir.

Mükafat yalnız yaşıllıqların qorunması, təmizlik və təhlükəsizlik, infrastrukturun vəziyyəti, idarəetmə səmərəliliyi, təbiətə qayğı, ictimai iştirak və inklüzivlik kimi çoxsaylı meyarlar üzrə yüksək göstəricilər əldə edən park və istirahət məkanlarına təqdim olunur.

Dənizkənarı Milli Parkın “Green Flag Award”a namizədliyi bir neçə mərhələdən ibarət beynəlxalq qiymətləndirmə prosesi çərçivəsində həyata keçirilib. Parkın saxlanma və idarəetmə sistemi, ətraf mühit siyasəti, xidmət strukturu, yaşıllaşdırma və təmizlik standartları ilə bağlı əhatəli müraciət və sənədlər toplusu qiymətləndirilib.

Məlumatlar mükafatın beynəlxalq ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib və yekun mərhələdə sözügedən münsiflərin iştirakı ilə 30-a yaxın meyar üzrə bilavasitə Milli Park ərazisində ətraflı monitorinq və qiymətləndirmələr aparılıb.

Unikal tarixi, təbii-ekoloji və mədəni kompleks kimi Dənizkənarı Milli Parkın qiymətləndirilməsi prosesində onun estetik əhəmiyyəti, Bakı şəhərinin tarixini və müasir inkişafını əks etdirməklə, unikal şəhər mühiti yaratması, ictimai əhəmiyyəti, habelə saxlanması və idarə edilməsində dövlət tərəfindən tətbiq edilən unikal idarəetmə modeli xüsusilə qeyd edilib.

Qeyd edək ki, Dənizkənarı Milli Park öz unikallığı, ekoloji və ictimai əhəmiyyəti, həmçinin saxlanması və qorunması sahəsindəki uğurlarına görə ötən il Niderlandda “International Large Urban Parks Award” (Beynəlxalq Böyük Şəhər Parkları Mükafatı) mükafatına da layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv