Qazaxıstan prezidenti: “Xəzər dənizində suyun səviyyəsi azalır”

Qazaxıstan prezidenti: “Xəzər dənizində suyun səviyyəsi azalır”






presstv

"Presstv"az #Audi, #Qazax, #Qazaxıstan, #Qəbələ, #Xəzər dənizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda Xəzər dənizində suyun səviyyəsinin azalması müşahidə olunur. Bu, hamımızı narahat edir. Xəzər türkdilli dünyanın unikal rəmzidir, xalqlarımızı birləşdirən bağdır”.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxışında ifadə edib.

Onun sözlərinə görə, son illərdə dəniz səviyyəsinin enməsi regionun ekologiyasına və iqtisadiyyatına mənfi təsir göstərir.

“Qardaş və qonşu ölkələr olaraq, Xəzərin vəziyyətinin yaxşılaşdırılmasına ciddi diqqət yetirməliyik. Türk dövlətlərini bu istiqamətdə səyləri birləşdirməyə, birgə layihələr hazırlamağa və müvafiq beynəlxalq təşəbbüsləri dəstəkləməyə çağırıram. Qazaxıstan gələn ilin aprel ayında BMT-nin dəstəyi ilə “Dayanıqlı gələcəyə ümumi baxış” mövzusunda regional sammit keçirməyi planlaşdırır. Ümid edirik ki, türkdilli ölkələr bu forumda iştirak edəcək və yüksək səviyyədə təmsil olunacaqlar”, – deyə Kasım-Jomart Tokayev əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv