Ahmad Kavesa Sengendo: “Halal anlayışı artıq yalnız dini məna daşımır”

Ahmad Kavesa Sengendo: “Halal anlayışı artıq yalnız dini məna daşımır”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Argentina, #Audi, #Avstraliya, #Azərbaycan, #Bakı, #Birləşmiş Ərəb Əmirlikləri, #Braziliya, #Çin, #Dollar, #Hindistan, #İndoneziya, #İraq, #Misir, #Rusiya, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qlobal halal sənaye hər il 10 faizdən çox artım tempi nümayiş etdirir”.

presstvaz xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibinin iqtisadi məsələlər üzrə müşaviri Ahmad Kavesa Sengendo Bakıda keçirilən II Azərbaycan Halal Biznes (AZHAB) Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bu gün dünyada iqtisadi, texnoloji və sosial dəyişikliklər çox sürətlə baş verir və bu şəraitdə halal sənayenin imkanlarını tam şəkildə dəyərləndirmək olduqca vacibdir:

“Halal anlayışı artıq yalnız dini məna daşımır, o, qlobal səviyyədə keyfiyyət və sağlamlığın simvoluna çevrilib. Statistik göstəricilərə əsasən, halal sənayesinin həcmi 2014-cü ildəki 3.2 trilyon ABŞ dollarından 2020-ci ildə 4.7 trilyon dollara yüksəlib”.

Ahmad Sengendo əlavə edib ki, halal iqtisadiyyatın inkişafı təkcə 1.9 milyarddan çox müsəlman üçün deyil, bütün dünya üçün yeni imkanlar yaradır.

Onun verdiyi məlumata görə, 2024-cü ildə halal məhsulların əsas ixracatçı ölkələri Braziliya, Hindistan, ABŞ, Rusiya, İndoneziya, Argentina, Türkiyə, Avstraliya, Çin və Malayziya olub.

Əsas idxalçı ölkələr isə İndoneziya, Malayziya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Banqladeş, Əlcəzair, İraq və Mərakeş olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv