Gəncə sakinlərinin NƏZƏRİNƏ: III MDB Oyunları ilə bağlı bəzi yollar bağlanacaq

Gəncə sakinlərinin NƏZƏRİNƏ: III MDB Oyunları ilə bağlı bəzi yollar bağlanacaq






presstv

"Presstv"az #Audi, #Çin, #Füzuli, #Gəncə şəhəri, #Heydər Əliyev, #III MDB Oyunları, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

III MDB Oyunlarının rəsmi bağlanış günündə Gəncə şəhərinin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq.

presstvaz xəbər verir ki, bağlanış mərasiminin keçiriləcəyi 8 oktyabr tarixində Gəncə şəhərinin aşağıda qeyd olunan prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq:

– Heydər Əliyev prospekti, Məhəmməd Füzuli küçəsi ilə kəsişməsi;

– Atatürk prospekti;

– Turqut Özal küçəsi, Bəhram bəy Axundov, Faiq Nemanzadə, İlham Müzəffəroğlu və Çingiz Mustafayev küçələri ilə kəsişmələri.

Qeyd edilib ki, Atatürk prospektində nəqliyyatın hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı 6 və 7 nömrəli marşrutların tədbir zamanı hərəkəti Heydər Əliyev prospektindən keçməklə təşkil olunacaq.

Bildirilib ki, 12 nömrəli marşrut xəttinin Atatürk prospektində hərəkətin məhdudlaşdırılması səbəbindən son dayanacaq məntəqəsi olaraq Gəncə Dəmiryolu vağzalı əvəzinə Bilal Qəhrəmanov küçəsi təyin edilib.

Məlumatda qeyd olunub ki, Heydər Əliyev prospektindən 1, 4, 6, 7 və 8 nömrəli marşrutlar fəaliyyət göstərəcək.

Bağlanış mərasiminə gələn tamaşaçılar Gəncə şəhər stadionuna yaxın ərazidən keçən ictimai nəqliyyatdan istifadə edə biləcəklər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv