ABŞ qaçqın qəbulunu azaldır

ABŞ qaçqın qəbulunu azaldır






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tramp administrasiyası ABŞ-yə qaçqın qəbulunu kəskin şəkildə azaltmaq istəyir.

presstvaz xəbər verir ki, ABŞ prezidenti Donald Trampın komandasının 2026-cı ildə qaçqın limitini cəmi 7500 nəfərə endirməyi planlaşdırdığı bildirilir.

Məlumatda deyilir ki, bu yerlərin əhəmiyyətli hissəsi ağdərili Cənubi afrikalılara və ayrı-seçkiliklə üzləşmiş digər qruplara verilə bilər.

Xatırladaq ki, hazırda qüvvədə olan qaçqın limiti Bayden administrasiyası tərəfindən 2024-cü il üçün 125 min nəfər olaraq təyin olunub. Trampın birinci prezidentlik müddətinin sonunda bu rəqəm 15 min idi. Hazırkı təklif isə onun da yarısı qədərdir.

Ağ Ev rəsmiləri bildiriblər ki, bu barədə son qərar Konqreslə məsləhətləşmələrdən sonra veriləcək. Lakin federal hökumətdəki qismən bağlanma səbəbilə müzakirələr hələlik təxirə salınıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv