Kobaxidze Prezident sarayına hücumla bağlı: “Günahkarlar məsuliyyətə cəlb olunacaqlar”

Kobaxidze Prezident sarayına hücumla bağlı: “Günahkarlar məsuliyyətə cəlb olunacaqlar”






presstv

"Presstv"az #Audi, #Gürcüstan, #Hakim, #İrakli Kobaxidze

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Gürcüstanın paytaxtı Tbilisidə Prezident sarayının binasına hücumun bütün iştirakçıları müəyyən edilərək məsuliyyətə cəlb olunacaqlar”.

presstvaz Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze brifinqdə bildirib.

“Radikallar mitinqə əhəmiyyətli dərəcədə daha çox insan cəlb etməyə ümid edirdilər, lakin təşkilatçılar Azadlıq meydanını belə doldura bilmədiklərini görəndə təcili olaraq öz tərəfdarlarını zorakılığa çağırdılar. Onlar əvvəllər konstitusiya quruluşunu zorla dəyişdirmək planlarını açıqlamışdılar”, – Kobaxidze qeyd edib.

Onun sözlərinə görə, hakimiyyət radikallara dəfələrlə xəbərdarlıq edib ki, zorakılıq tətbiq edilərsə, onlara qarşı sərt tədbirlər görüləcək.

“Bu gün bütün zorakılıq hərəkətlərinə son qoyulacaq və yaxın günlərdə qəti tədbirlər görüləcək. Çünki Prezident sarayında baş verənlər cinayətdir. Bu aksiyalarda iştirak edən hər kəs məsuliyyətə cəlb olunacaq”, – baş nazir vurğulayıb.

Kobaxidze həmçinin bəyan edib ki, mitinq təşkilatçıları xarici agent kimi çıxış edib və onlara verilən tapşırıqları yerinə yetirirlər.

O əlavə edib ki, Prezident sarayında baş verən qarşıdurmalar zamanı biri ağır olmaqla, bir neçə polis əməkdaşı yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv