Hacıqabulda sahibkarlarla görüş keçirilib

Hacıqabulda sahibkarlarla görüş keçirilib






presstv

"Presstv"az #Audi, #Hacıqabul rayonu, #Hakim, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Hacıqabul Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

presstvaz xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə kənd təsərrüfatı, heyvandarlıq və digər sektorlarda fəaliyyət göstərən 90-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov rayonun potensialı, biznes üçün imkanlar və dövlət dəstəyi mexanizmləri barədə məlumat veriblər. Bildirilib ki, Hacıqabul rayonunun kənd təsərrüfatı, sənaye və nəqliyyat-logistika imkanları genişdir. Rayonda taxılçılıq, tərəvəzçilik və heyvandarlıq kənd təsərrüfatının əsas istiqamətlərindəndir. Hacıqabulun ərazisindən keçən beynəlxalq magistrallar və dəmir yol xətti rayonun logistika mərkəzi kimi əhəmiyyətini artırır. Rayonunda yerləşən sənaye parkı qeyri-neft sektorunun inkişafına, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin yaradılmasına, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına öz töhfəsini verməklə yanaşı, sahibkarlığın inkişafını dəstəkləyir. Bu imkanlardan istifadə etməklə Hacıqabulda biznes qurmaq və fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-nın dəstək mexanizmlərindən faydalana bilərlər.

Görüşdə torpaqların təyinatının dəyişdirilməsi, tikintiyə icazələrin verilməsi, dövlətin güzəştli kreditləri, heyvandarlıq təsərrüfatının yaradılmasına dəstək, ictimai iaşə obyektinin sənədləşdirilməsi və s. məsələlər müzakirə edilib, sahibkarların ehtiyacları və təklifləri dinlənilib, sualları cavablandırılıb.

Hacıqabul rayonuna səfər çərçivəsində KOBİA nümayəndələri şirniyyat istehsalı sexində də olublar. Kiçik sahibkarlıq subyekti olan istehsal müəssisəsi ilə tanışlıq zamanı qadın sahibkarın gələcək planlarının reallaşdırılması üçün dövlət dəstəyi alətləri barədə fikir mübadiləsi aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv