Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib

Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Futbol, #İdman, #Lənkəran, #Minifutbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Minifutbol üzrə Azərbaycan çempionatının 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

presstvaz “Report”a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov, milli komandanın üzvləri və klubların rəsmiləri iştirak ediblər.

İlk olaraq bu il Bakıda keçirilmiş dünya çempionatı haqqında danışılıb. Azərbaycan millisinin turnirdə qızıl medal qazanmasının yaddaqalan uğur olduğu vurğulanıb.

Taleh Nəsibov yeni mövsümdə çıxış edəcək komandalara uğurlar arzulayıb. O, son illərdə Azərbaycanda minifutbolun inkişaf etdiyini söyləyib:

“2022-ci ildə Avropa çempionu olandan sonra minifutbola diqqət daha da artırıldı. Ölkə çempionatı zəif olsa, inkişafdan danışa bilmərik. Yeni klubların, futbolçuların çempionata cəlb olunmasını istəyirik. İddialı kollektivlər çoxdur. Gələcəkdə yenə hansısa komandamızın Çempionlar Liqasının qalibi olacağına inanırıq. 2025-ci ildə Azərbaycan dünya çempionatına ev sahibliyi etdi. Bu yarışda böyük uğur qazandıq və mundialın qalibi olduq”.

Federasiya rəsmisi son olaraq Azərbaycan çempionatında 16 komandanın çıxış edəcəyini sözlərinə əlavə edib.

Bakıdakı dünya çempionatına həsr edilmiş videoçarx göstərilib, daha sonra Azərbaycan çempionatının reqlamenti haqqında məlumat verilib və 2025/26 mövsümünün püşkü atılıb.

Azərbaycan çempionatının I turunda üz-üzə gələcək komandalar:

“Sumqayıt” – “Buxar”;

“Bakı 145” – “DİN İdman Cəmiyyəti”;

“Lənkəran” – “Atəşgah Suraxanı”;

“Start Bakı” – “Aznur”;

“Siyəzən” – “Gənclərbirliyi”;

“Borçalı” – “Lerik”;

“Cənub” – “Galaxy”;

“Birbaşa Bakı” – “Zirə”.

Qeyd edək ki, Azərbaycan çempionatına oktyabrın 21-də start veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv