ABŞ-də ukraynalı Zarutskayanın qətlindən sonra “911”ə edilən zənglərin qeydləri yayıldı

ABŞ-də ukraynalı Zarutskayanın qətlindən sonra “911”ə edilən zənglərin qeydləri yayıldı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Hadisə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Şarlott şəhərində qatarda ukraynalı qaçqın İrina Zarutskayaya hücum hadisəsinin şahidlərinin “911” yardım xidmətinə zənglərinin səs qeydləri ortaya çıxıb.

presstvaz-ın xəbərinə görə, səs qeydlərini “New York Post” nəşri dərc edib.

Zəng edənlərin çoxu kişinin heç bir səbəb olmadan qızı bıçaqladığını və onun “dəli, paranoik, professional cinayətkar” kimi göründüyünü bildirib.

“Elə indicə qadına bıçaq zərbəsi vurdular. Qız yerdə uzanıb və ətrafında çoxlu qan yayılıb… Biz onu gördük”, – deyə şahidlərdən biri xəbər verib.

Daha bir neçə nəfər zərərçəkən qadının güclü qanaxması başladığını deyib: “Tələsin, ondan qan axır, güclü qanaxması var”.

Daha sonra zəng edən insanlar Zarutskayanın artıq, yəqin ki, öldüyünü bildiriblər.

“Qız artıq ölmüş ola bilər. Bunu edən oğlan burada pandusda dayanıb”, – deyə şahidlərdən biri baş verənləri təsvir edib.

Xatırladaq ki, ABŞ-nin Şimali Karolina ştatının Şarlott şəhərində evsiz kişi, 34 yaşlı Dekarlos Braun qatarda Ukraynadan olan qaçqın 23 yaşlı İrina Zarutskayanı öldürüb. İrina Zarutskaya qatara minərkən kişi ona arxadan hücum edərək bıçaqlayıb.

Dekarlos Braun dəfələrlə oğurluqda ittiham olunaraq, həbs edilib. O, həmçinin silahla quldurluğa görə 5 il həbs cəzası çəkib. Polis əvvəllər 14 dəfə həbs olunmuş Dekarlos Braunu həbs edib.

ABŞ Prezidenti Donald Tramp Zarutskayanın ölümünə səbəb olan şəxsin edam edilməsinə çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv