Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi rəsmən qüvvəyə mindi

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi rəsmən qüvvəyə mindi






presstv

"Presstv"az #Audi, #İran, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Oktyabrın 2-də Rusiya və İran prezidentləri tərəfindən 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Rusiya Federasiyası ilə İran İslam Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsi qüvvəyə minib.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatında bildirilib.

“Sənəd ikitərəfli münasibətlərdə yeni səhifə açır və uzunmüddətli perspektivdə əməkdaşlığın bütün prioritet istiqamətləri üzrə əsas meyarları müəyyən edir: beynəlxalq arenada qarşılıqlı fəaliyyətin gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə birgə səylər, ümumi çağırışlara və təhdidlərə qarşı mübarizə.

Müqavilə Rusiya və İran xalqlarının maraqlarına cavab verən dostluq və mehriban qonşuluq münasibətlərinin hərtərəfli şəkildə daha da möhkəmləndirilməsi istiqamətində hər iki ölkə rəhbərliyinin strateji seçimini əks etdirir”, – deyə bəyanatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv