Ağdamda yanğında xəsarətlər alan nənə və nəvənin VƏZİYYƏTİ AÇIQLANDI

Ağdamda yanğında xəsarətlər alan nənə və nəvənin VƏZİYYƏTİ AÇIQLANDI






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Audi, #Hadisə, #Təcili Tibbi Yardım, #Yanğın hadisəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağdamda evdə baş verən yanğında xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.

presstvaz bildirir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, oktyabrın 2-si 00:20-da Ağdam rayonunda baş verən yanğın səbəbi ilə iki nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunublar”.

07:40

Ağdam rayonunda evdə yanğın hadisəsi baş verib.

presstvaz-ın məlumatına görə, rayonun Quzanlı qəsəbə sakini Əhəd Natiq oğlu İsmayılova məxsus üçotaqlı ev yanıb.

Həmin vaxt evdə olan 1965-ci il təvəllüdlü Zibeydə Qənimət qızı İsmayılova və onun nəvəsi, 2013-cü il təvəllüdlü Nəzrin Əhəd qızı İsmayılova yanıq xəsarətləri alıblar. Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv