Qurban Qurbanov: “Çempionlar Liqasının oyunlarında səhvlər bağışlanmır”

Qurban Qurbanov: “Çempionlar Liqasının oyunlarında səhvlər bağışlanmır”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Futbol, #Təbrik, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində qazanılan növbəti uğurdan sonra “TRT Spor”a açıqlama verib.

presstvaz-ın verdiyi məlumata görə, o, komandasının iki oyundan iki qələbə ilə altı xal toplamasını böyük nailiyyət kimi dəyərləndirib.

“İlk olaraq futbolçularımı təbrik edirəm. Həqiqətən əla mübarizə ortaya qoydular. Matçda iki fərqli hissə izlədik. Birinci hissədə açıq-aşkar üstün tərəf biz idik. İkinci hissədə isə rəqib bəzi dəyişikliklər etdi və bu oyunun gedişatına təsir göstərdi. Futbolçular arasında zaman-zaman anlaşılmazlıqlar yaşansa da, toparlanmağı bacardılar”, – deyə Qurbanov bildirib.

Baş məşqçi turniröncəsi bu nəticəni proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb:

“Açığı, iki oyundan iki qələbə qazanacağımızı düşünmürdük. İndi eyni uğuru xəyal etmək doğru olmaz, çünki rəqiblərimiz çox ciddi komandalardır. Biz intizamlı oyunumuzu qoruyub, mübarizə gücümüzü yüksək səviyyədə saxlamalıyıq. Çünki buradakı səhvlər bağışlanmır”.

Qurbanov əlavə edib ki, bundan sonra rəqiblər “Qarabağ”a qarşı daha ciddi hazırlaşacaqlar:

“Bu, işimizi çətinləşdirə bilər. Biz qarşıdakı oyunlara ən yaxşı şəkildə hazırlaşacağıq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik.”

Qeyd edək ki, “Qarabağ” ÇL-in əsas mərhələsinin ilk turunda “Benfika”ya səfərdə qalib gəlib (2:3). UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda isə “Kopenhagen” üzərində 2:0 hesablı qələbə qazanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv