Ukraynanın Odessa şəhəri su altında: Ölənlər var

Ukraynanın Odessa şəhəri su altında: Ölənlər var






presstv

"Presstv"az #Audi, #Nəqliyyat, #Odessa, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın Odessa vilayəti və Odessa şəhərində güclü yağışlar nəticəsində daşqın baş verib. Nəticədə şəxsi evləri, zirzəmiləri və yolları su basıb, ictimai nəqliyyatın hərəkəti dayanıb.

presstvaz-ın xəbərinə görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, Odessa vilayətində kəskin hava şəraiti səbəbindən biri uşaq olmaqla, 9 nəfər həyatını itirib. Bu gün səhər saatlarında isə itkin düşmüş hesab edilən qadın tapılıb.

Həmçinin Odessa meri Gennadi Truxanov özünün “Telegram” kanalında vəziyyətlə bağlı paylaşım edib.

Onun sözlərinə görə, oktyabrın 1-də əlverişsiz hava şəraiti və yağış davam edəcək.

Truxanov qeyd edib ki, sentyabrın 30-da Odessaya yeddi saat ərzində təxminən ikiaylıq yağıntı düşüb. Buna görə də şəhərin yağış kanalizasiya sistemi belə bir yükə tab gətirə bilməyib.

O vurğulayıb ki, Odessada hazırkı vəziyyət çətindir, lakin nəzarət altındadır. O, bütün fövqəladə hallar xidmətlərinə təşəkkür edib.

Xilasedicilər maşınları sudan çıxarır və insanlara kömək edirlər. Şiddətli yağış zamanı yerli sakinlərdən evdə qalmaları xahiş olunub. Xilasetmə və təxliyə işləri davam edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv