Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı

Erkən qocalma ilə bağlı gözlənilməz səbəb aşkarlandı






presstv

"Presstv"az #Audi, #Demensiya, #DNT, #Norveç, #Sağlamlıq, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yeniyetmə yaşlarında ataları siqaret çəkməyə başlayan insanların gözlənildiyindən daha tez qocaldıqları məlum olub.

presstvaz xəbər verir ki, bu nəticəyə Norveçin Bergen Universitetinin alimləri gəliblər.

Təxminən 900 nəfərin iştirak etdiyi təhlil göstərib ki, ataları 15 və ya daha gənc yaşda siqaret çəkməyə başlayan insanların bioloji yaşları faktiki yaşlarından orta hesabla 9-15 ay daha irəlidədir. Bu nəticə xərçəng, artrit və demensiya da daxil olmaqla yaşla bağlı xəstəliklərin riski ilə əlaqələndirilən, DNT-dəki dəyişiklikləri ölçən “epigenetik saat” metodu ilə müəyyən edilib.

Alimlərin fikrincə, yetkinlik dövründə siqaret çəkmək inkişaf edən spermatozoidlərə zərər verir və bu dəyişikliklər gələcək nəsillərə ötürülür. Maraqlıdır ki, ananın hamiləlikdən əvvəl siqaret çəkməsi zamanı belə təsir müşahidə olunmayıb.

Tədqiqatçılar vurğulayırlar ki, yeniyetmələrin siqaret və ya veyp istifadəsi yalnız onların öz sağlamlıqlarına deyil, həm də gələcək övladlarının sağlamlığına mənfi təsir göstərə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv