“Forsaj” ulduzunun həbsinə order verildi

“Forsaj” ulduzunun həbsinə order verildi






presstv

"Presstv"az #ABŞ, #Aktyor, #Atlanta, #Audi, #Hadisə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində məşhur aktyor və müğənni Tayriz Gibson barəsində heyvanlara qarşı qəddarlıq işi ilə bağlı həbsi üçün order verilib.

presstvaz “Daily Mail”ə istinadən xəbər verir ki, “Forsaj” filminin 46 yaşlı ulduzunun dörd “kanne korso” cinsli itindən biri qonşunun itinə hücum edərək onun ölümünə səbəb olub.

Polis və Heyvanların Mühafizəsi Xidməti müəyyən edib ki, Gibson itlərini dəfələrlə nəzarətsiz şəkildə küçəyə buraxıb. Müşahidə kameralarının görüntülərində isə hadisədən bir neçə dəqiqə əvvəl bir neçə itin qonşunun qapısını cırmaqladığı əks olunub.

Məlumata görə, bu hadisədən cəmi bir həftə əvvəl də polisə Gibsonun itlərinin küçədə sahibsiz dolaşması barədə azı beş şikayət daxil olub.

Hazırda aktyor Dubayda psixoloji reabilitasiyadan keçir. O, sentyabrın 22-də itlərini Heyvanların Mühafizəsi Xidmətinə təhvil verəcəyini açıqlasa da, bunu etməyib və bir müddət sonra itlər yoxa çıxıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv