Rusiyadan şok: Ukraynaya qarşı 80 min zərbə dronu…

Rusiyadan şok: Ukraynaya qarşı 80 min zərbə dronu…






presstv

"Presstv"az #Avstriya, #Kiyev, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçən qış Rusiya təcavüzü nəticəsində Ukraynanın kritik infrastrukturunun 80%-ə qədəri dağıdıldı və ya zədələndi. Son aylarda Ukrayna rusiyalı işğalçıların yeni zərbə kampaniyasına hazırlaşmağa çalışıb.

presstvaz xəbər verir ki, bunu avstriyalı polkovnik Markus Raysner NTV-yə müsahibəsində bildirib.

Polkovnik qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenski müttəfiqlərə daha çox hava hücumundan müdafiə sistemləri və sursat vermələri üçün təzyiq göstərib.

Polkovnik əlavə edib ki, Kiyev istehsal güclərini də Rusiyanın hücum edə bilmədiyi NATO ölkələrinin ərazisinə köçürür.

Ukrayna xüsusi xidmət orqanlarının məlumatlarına istinad edən Markus Raysner vurğulayıb ki, bu il Rusiya 30-40 min "Geran-2" dronu, 5700 "Harpia-1" dronu, həmçinin təxminən 34 min "Gerbera" pilotsuz aparatı və imitator istehsal etməyi planlaşdırır:

"Ümumilikdə təqribən 80 min zərbə və imitasiya dronu. Buna əlavə olaraq 2500-ə qədər qanadlı, ballistik və hipersəs raketi gəlir. Son hücumun videogörüntüləri göstərir ki, "Geran-2" dronları indi həm də hədəflənmiş hücumlar və yarımstansiyaların məhv edilməsi üçün istifadə olunur".(presstvaz)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv