Rusiya Baş Prokurorluğu azərbaycanlı biznesmendən Tuapse limanını müsadirə etmək istəyir

Rusiya Baş Prokurorluğu azərbaycanlı biznesmendən Tuapse limanını müsadirə etmək istəyir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Kuba, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiya Baş Prokurorluğu nüfuzlu azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus olan “Tuapse Dəniz Ticarət Limanı” MMC-nin dövlət mülkiyyətinə qaytarılmasını tələb edib.

presstvaz-ın lenta.ru-ya istinadla verdiyi məlumata görə, iddia Krasnodar diyarı Arbitraj Məhkəməsi tərəfindən icraata qəbul edilib.

Nəzarət orqanı hesab edir ki, leqallaşdırma məqsədilə həyata keçirilən əməliyyatlar nəticəsində strateji obyekt dəfələrlə sahiblərini dəyişdirib. Son sahibi isə Britaniyanın Virgin adalarında qeydiyyatda olan xarici ofşor şirkəti çıxıb.

Qeyd edək ki, Novruzov Rusiyanın Kuban vilayətindəki Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri və Krasnodardakı “Köhnə Bakı” restoranının sahibidir. O, 2025-ci ilin sentyabrında irimiqyaslı dələduzluq cəhdində şübhəli şəxs kimi saxlanılıb. 60 yaşlı biznesmen 919 milyon rubl (təqribən 19 milyon 300 min manat – red.) dəyərində aktivləri olan şirkətin paylarını ələ keçirməyə cəhddə ittiham olunur. İstintaq hesab edir ki, cinayəti törətmək üçün aralarında Novruzovun da olduğu cinayətkarlar Prikubansk Rayon Məhkəməsinə guya Azərbaycanda bağlanmış saxta nikah şəhadətnaməsi təqdim ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkarların aktivləri ələ keçirmək üçün məhkəməyə təqdim etdikləri sənədin saxta olduğu üzə çıxıb.

Novruzov hazırda istintaq təcridxanasındadır. İlkin hazırlıq iclası oktyabrın 17-nə təyin olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv