Ekvadorda prezidentin kortejinə hücum edilib

Ekvadorda prezidentin kortejinə hücum edilib






presstv

"Presstv"az #Audi, #Avropa, #Avto, #avtomobillər, #Humanitar yardım, #İtaliya, #Prezident Administrasiyası, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ekvadorda yanacağın qiymətləri ilə bağlı etirazlar zamanı nümayişçilər Prezident Daniel Noboanın kortejinə hücum ediblər.

presstvaz-ın xəbərinə görə, bu barədə CNN rəsmilərə istinadən məlumat verib. Həmçinin Noboa bununla bağlı öz “X” hesabında paylaşım edərək, görüntüləri yayımlayıb. Prezident sınmış, zədələnmiş avtomobil şüşələrinin bir neçə videosunu və fotosunu dərc edib.

Məlumata görə, hücum İmbabura vilayətinin girişində baş verib. Bildirilir ki, Ekvador prezidenti ilə birlikdə xarici diplomatlar da humanitar yardım çatdırmaq üçün oraya gedirmişlər.

Ekvador prezident administrasiyasından bildirilib ki, kortejdə yüksəkvəzifəli şəxslər, o cümlədən Vatikan diplomatı Andres Karraskosa, Avropa İttifaqının səfiri Yekaterina Dorodnova və İtaliya səfiri Covanni Davoli də olublar.

Daniel Noboanın sözlərinə görə, humanitar konvoy Otavalo şəhərində pusquya düşüb.

Təxminən, 350 nəfər dövlət başçısının kortejinə hücum edib. Etirazçılar kortejə fişənglər, “Molotov kokteyl”ləri (içində yandırıcı maddə olan butulka) və daşlar atıblar. Avtomobilləri qoruyan 50-yə yaxın əsgər hücumu dəf etməyə çalışıb.

Noboa qeyd edib ki, etirazçılar Ekvadorun tərəqqisinə müqavimət göstərir və zorakılığı seçirlər.

İtaliyanın Ekvadordakı səfirliyi səfirin xəsarət almadığını bildirib və Noboanı hədəf alan hücumu “terror aktı” kimi qiymətləndirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv