Əməkdar artist Cabir İmanov dəfn edildi

Əməkdar artist Cabir İmanov dəfn edildi






presstv

"Presstv"az #Ailə, #Aktyor, #Audi, #Bakı, #Bakı Şəhər İcra Hakimiyyəti, #Ceyhun Bayramov, #Eldar Əzizov, #Hakim, #Nərimanov rayonu, #Qurd qapısı, #Yasamal Rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əməkdar artist Cabir İmanov dəfn edilib.

presstvaz xəbər verir ki, o, Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları, dostları, ictimaiyyət nümayəndələri, sənət yoldaşları iştirak ediblər.

14:26

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi başa çatıb.

presstvaz xəbər verir ki, Cabir İmanovun nəşi dəfn olunmaq üçün Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılır.

14:03

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

presstvaz xəbər verir ki, vida mərasimində xarici işlər naziri Ceyhun Bayramov, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mərkəzi Bankın sədri Taleh Kazımov və digər rəsmilər iştirak edirlər.

Vida mərasimində Cabir İmanovun qardaşı Tahir İmanov çıxış edir.

13:22

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir.

presstvaz xəbər verir ki, vida mərasimində mərhumun ailəsi, yaxınları, dostları, sənət yoldaşları iştirak edirlər.

Vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı Qurd qapısı qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq.

Daha çox foto burada: PhotoStock.az

12:12

Əməkdar artist Cabir İmanovun nəşi Nərimanov rayonundakı Cümə məscidinə gətirilib.

presstvaz xəbər verir ki, hazırda C.İmanovun xatirəsinə cənazə namazı qılınır.

Cənazə namazından sonra Cabir İmanovun nəşi vida mərasimi üçün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzinə aparılacaq.

Xatırladaq ki, Cabir İmanov sentyabrın 29-da infarkt keçirərək dünyasını dəyişib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv