Uşağa şirniyyatı tam qadağan etmək olmaz – Dietoloq açıqladı

Uşağa şirniyyatı tam qadağan etmək olmaz – Dietoloq açıqladı






presstv

"Presstv"az #Ailə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Uşağın rasionundan tamamilə şirniyyatları çıxarmaq düzgün deyil.

Bunu rusiyalı dietoloq, RОSBİOTEХ Universitetinin dietologiya kafedrasının dosenti Anastasiya Lebedeva açıqlamasında bildirib.

"Uşaqların enerjiyə olan tələbatını ödəmək üçün karbohidratlar vacibdir və bu karbohidratların mənbələri yalnız çörək və taxıllar deyil, həm də şirniyyat, meyvə və tərəvəzdir".

Lebedevanın sözlərinə görə karbohidratlar xüsusilə hərəkətli və fiziki fəallığı yüksək olan uşaqlar üçün vacibdir, çünki əzələlərin fəaliyyəti böyük enerji sərfiyyatı tələb edir. Meyvə, tərəvəz, meyvə-tərəvəz şirələri karbohidratlarla yanaşı, vitaminlər, mikroelementlər, pektin, lif və digər faydalı maddələr ehtiva edir, həzm sistemini yaxşılaşdırır və qəbizliyin qarşısını alır.

Uşağın qida davranışının ailədə formalaşdığını vurğulayan ekspert məsləhət görür ki, uşağı şirniyyata alışdırmaq lazım deyil.

Lebedeva bildirir ki, ibtidai məktəb yaşlı uşaqlar üçün gündəlik 10-15 qram şirniyyat kifayətdir, bu təxminən iki şokolad, peçenye və ya marmeladdır. Zefir və pastila isə daha şirindir, buna görə gündə bir ədəd kifayətdir. Həmçinin, şirniyyat ancaq yeməkdən sonra verilməlidir.

Qısaca desək, uşağın sağlam rasionunda şirniyyatlara yer olmalıdır, lakin miqdarına və zamanına diqqət yetirmək vacibdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv