Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz – Açıqlama

Soyuqdəymə zamanı bu qidaları qətiyyən yemək olmaz – Açıqlama






presstv

"Presstv"az #Düzgün qidalanma, #Həkim, #Qırmızı ət, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Soyuqdəymə zamanı fastfud, şirniyyat və qırmızı ət zərərlidir. Bu dövrdə düzgün qidalanma xəstəliyin gedişinə birbaşa təsir edir.

presstvaz xəbər verir ki, bunu endokrinoloq-diyetoloq, tibb elmləri namizədi Oksana Mixaleva açıqlamasında bildirib.

“Xəstəlik zamanı orqanizm əsas gücünü virusla mübarizəyə yönəltdiyi üçün ağır yeməklərdən uzaq durmaq lazımdır.

Fastfud, yağlı və qızardılmış yeməklər, şirin qazlı içkilər, müxtəlif qəlyanaltılar, həmçinin qırmızı ət və un məmulatları bu dövrdə menyudan çıxarılmalıdır. Onları həzm etmək çətin olduğu üçün əlavə enerji sərf olunur və bərpa prosesi ləngiyir.

Əvəzində yüngül və sadə qidalar tövsiyə edilir: toyuq və ya balıq bulyonunda bişirilmiş sup, yarmalar, qaynadılmış və ya buğda hazırlanmış tərəvəzlər, pəhriz toyuq əti, azyağlı balıq, həmçinin bişmiş meyvələr. İlk günlərdə xüsusilə bulyon, sup və yarmalar orqanizmə daha rahat təsir göstərir”.

Həkim vurğulayıb ki, iştaha azaldıqda belə, maye qəbuluna xüsusi diqqət yetirmək vacibdir. Bal əlavə edilmiş ilıq süd həm immuniteti dəstəkləyir, həm də susuzluğun qarşısını alır.

“Sağalmanı sürətləndirmək üçün düzgün qidalanma ilə yanaşı, kifayət qədər yuxu, otağın tez-tez havalandırılması, optimal istilik və rütubət, həmçinin yüngül gəzintilər də vacibdir. Əgər vəziyyət pisləşərsə, yəni, yüksək temperatur, güclü zəiflik və ya digər təhlükəli simptomlar yaransa həkimə müraciət etmək mütləqdir”


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv