Minskdə 2030-cu ilə qədər MDB İqtisadi İnkişaf Strategiyasının II mərhələsinin icra planı təsdiq ediləcək

Minskdə 2030-cu ilə qədər MDB İqtisadi İnkişaf Strategiyasının II mərhələsinin icra planı təsdiq ediləcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Əli Əsədov, #Nəqliyyat, #Tacikistan, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında 2030-cu ilə qədər olan dövr üçün Birliyin İqtisadi İnkişaf Strategiyasının ikinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının təsdiqlənməsi planlaşdırılır”.

presstvaz “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Minskdə MDB Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, planın layihəsi mal və xidmətlərin qarşılıqlı ticarəti, sənaye, yanacaq-enerji kompleksi, nəqliyyat, rabitə və digər əməkdaşlıq sahələrini özündə cəmləşdirir.

“Birliyin bütün üzv dövlətləri ilə konstruktiv və qarşılıqlı hörmət dialoqlarının davam etdirilməsinin vacibliyini, həmçinin MDB-nin çoxtərəfli qarşılıqlı fəaliyyət üçün səmərəli platforma kimi rolunu yenidən vurğulamaq istərdim. Fürsətdən istifadə edərək, Kohir Rasulzodanı (Tacikistanın baş naziri – red.) Tacikistanın cari ildə MDB-də uğurlu sədrliyi münasibətilə təbrik etmək istəyirəm”, – Ə.Əsədov bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv