“Citycard” istifadəyə verilir: Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər

“Citycard” istifadəyə verilir: Gəncə sakinləri ictimai nəqliyyatdan bu kart vasitəsilə yararlana biləcəklər






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #Gəncə şəhəri, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sərnişindaşımada rəqabətin təmin olunması və qanunvericiliyin tələblərinə əməl olunması istiqamətində Gəncə şəhərində marşrut şəbəkəsi yenidən formalaşdırılıb.

Yeni şəbəkəyə daxil edilən 20 şəhərdaxili və 2 şəhərətrafı avtobus marşrutunun fəaliyyət göstərməsi müəyyən edilib. Sözügedən marşrutlarda ödənişlər isə “Citycard” vasitəsilə həyata keçiriləcək. Bu kartları bir neçə yolla əldə etmək mümkündür:

Kartları fiziki formada “Azərpoçt” MMC-nin xidmət məntəqələrindən almaq;

“Citycard Azerbaijan” mobil tətbiqini yükləmək və bir neçə saniyədə QR bilet yaradaraq gediş etmək.

Gəncə sakinləri “Citycard” kartlarının balansını, həmçinin “e-Manat” və “MPAY” terminalları vasitəsilə asanlıqla artıra biləcəklər. Ödənişləri həyata keçirməyin bir sadə və asan yolu da mövcuddur. Belə ki, “MPAY” mobil tətbiqini yükləyərək, tətbiqdəki müvafiq bölmədən ödəniş etmək əlçatan olacaq.

Bu üsullar istifadəçilər üçün rahat, sürətli və ən əsası, təhlükəsizdir.

Yeni sistemin tətbiqi Gəncə şəhərində ictimai nəqliyyatın müasir standartlara uyğunlaşdırılmasına, həmçinin sərnişinlərin gündəlik həyatında rahatlığın və əlverişliliyin təmin olunmasına xidmət edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv